6 dekabr 2025. Şənbə

Liverpul'un sabiq futbolçusu depressiyaya düşüb


  • Offside
  • 20:55 13.09.2021
  • Oxunma sayı: 173
Liverpul'un sabiq futbolçusu depressiyaya düşüb

"Liverpul”un sabiq futbolçusu Kreyq Bellami “Anderlext” klubunda köməkçi məşqçi vəzifəsindən ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis 2020-ci ildə psixi sağlamlığından danışaraq, oynadığı gündən bu xəstəliyə tutulduğunu bildirib.

Belçika təmsilçisinin məlumatına görə isə Bellami'nin ruhi sağlamlıq problemlərinin "bu yaxınlarda yenidən ortaya çıxdığını"  açıqlayıb.

Uelsli mütəxəssis   "sağlamlığı ilə əlaqədar çox çətin, lakin tamamilə zəruri bir qərar aldığını"  və bu səbəbdən işini tərk etdiyini bildirib.

Bellami 2019-cu ildən “Anderlext”də çalışırdı. O, karyerasında “Liverpul”, “Mançester Siti”, “Seltik” kimi klublarda çıxış edib.







Offside