25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan millisi Moskvaya 4 boksçu ilə yollandı


  • Offside
  • 21:35 14.09.2021
  • Oxunma sayı: 150
Azərbaycan millisi Moskvaya 4 boksçu ilə yollandı

Sentyabrın 15-də Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.

Corner.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək.

Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır







Offside