22 mart 2026. Bazar günü

Millinin keçmiş futbolçusu vəfat etdi


  • Offside
  • 14:52 19.09.2021
  • Oxunma sayı: 207
Millinin keçmiş futbolçusu vəfat etdi

İngiltərə milli komandasının sabiq futbolçusu Cimmi Qrivz vəfat edib.

Corner.az xəbər verir ki, bu barədə “Tottenhem” klubunun mətbuat xidməti məlumat yayıb. Keçmiş hücumçu ötən gecə, 82 yaşında vəfat edib.

Qrivz 1966-cı ilin dünya çempionu və 1968-ci ildə keçirilən Avropa çempionatının bürünc mükafatçısı idi. O, “Çelsi”, “Milan”, “Tottenhem” kimi klublarda forma geyinmişdi.

Mərhum futbolçu İngiltərə millisinin heyətində 57 oyun keçirib, 44 qol vurmuşdu.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı