- Offside
- 23:24 05.12.2025
Futbol üzrə Türkiyənin amputasiya milli komandası Avropa çempionu olub.
Corner.az xəbər verir ki, "ay-ulduzlular" həlledici oyunda İspaniya yığması ilə üz-üzə gəlib. Görüş Türkiyə milli komandasının 6:0 hesablı qələbəsiylə yekunlaşıb.
Türkiyənin amputasiya millisi tarixində 2-ci dəfə Avropa çempionu olub.