22 oktyabr 2024. Çərşənbə axşamı

Həbib Nurməhəmmədov mənə söz verib


  • Offside
  • 14:11 20.09.2021
  • Oxunma sayı: 250
Həbib Nurməhəmmədov mənə söz verib

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub etdiyi titul döyüşü barədə açıqlama verib.

Corner.az xəbər verir ki, Abbasov, Bakıdakı qarşılama zamanı jurnalistlərə açıqlamasında bunları deyib:

“Yarışa yaxşı hazırlaşırdıq. Düzünü deyim, ilk raundda qələbə qazanacağımı gözləmirdim. Amma qismət belə imiş və ilk raunddaca qalib gəldik.

Zavurov bu idman növündə əfsanədir və sözünü demiş şəxsdir. Həbib Nurməhəmmədovun dediyi kimi, böyük qardaşdır. Həbib ona baxıb böyüyüb”.

Abbasov, döyüşün sonlarında yaşanan qalmaqal barədə də fikirlərini bildirib:

“Elə də böyük qalmaqal olmadı. Rinqə daxil olan şəxs Zavurovun əmisi oğlu idi. Döyüşdən sonra mənə yaxınlaşıb, üzürxahlıq etdi. Orda başqa heç nə yox idi. Hakim saxlayanadək döyüşü davam etdirməlisən”.

27 yaşlı idmançı, döyüşdən sonra Həbib Nurməhəmmədova ünvanladığı “Çamadanım hazırdır, səni gözləyirəm” sözlərinə də aydınlıq gətirib:

“Çamadanım çoxdan hazırdır. Gözləyəcəyik, bir-iki gün dincələk və özümüzə gələk. Bu barədə açıqlamalar olacaq. Həbib məni UFC-yə keçirəcəyinə dair söz verib. Danışıqlarımız olacaq. Öz postunda paylaşmışdı ki, söz vermişəmsə, əməl edəcəm. Danışıqlar gedəcək, baxacağıq. Hələlik qarşıda hansı döyüşün olacağı ilə bağlı məlumat yoxdur”.







Offside