22 oktyabr 2024. Çərşənbə axşamı

Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır


  • Offside
  • 17:51 20.09.2021
  • Oxunma sayı: 137
Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır. 

Corner.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya federasiyanın baş katibi Elmar Babanlı məlumat verib. 

O bildirib ki, E.Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub: “Onun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb. Elnur süni tənəffüs aparatından başqa, həm də dializ aparatına qoşulub. Çünki onun böyrəyi yoxdur. Bu səbəbdən də dializə ehtiyac var. Həmçinin hazırda saturiyasiyası 70 faizdir. Vəziyyəti heç də ürəkaçan deyil. Bütün tədbirlər isə görülür”.







Offside