9 may 2026. Şənbə

Elnur Əşrəfoğlu ECMO-ya qoşulub


  • Offside
  • 11:48 21.09.2021
  • Oxunma sayı: 171
Elnur Əşrəfoğlu ECMO-ya qoşulub

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Jurnalistin müalicə aldığı "Yeni Klinika"dan bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

"Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub", - deyə klinikadan məlumat verilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.(report)







Offside

"Xorladığımı bilmirəm"
  • Offside
  • 22:33 08.05.2026
"Xorladığımı bilmirəm"