22 oktyabr 2024. Çərşənbə axşamı

Argentina millisinin məşqçisi silahlı hücuma məruz qaldı


  • Offside
  • 09:28 22.09.2021
  • Oxunma sayı: 142
Argentina millisinin məşqçisi silahlı hücuma məruz qaldı
Argentina millisinin məşqçisi Roberto Ayala silahlı hücuma məruz qalaraq qarət edilib. Corner.az xəbər verir ki, hadisə Buenos-Ayres əyalətində baş verib.
 
48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən 3 nəfər silahlı şəxs onun qarşısını kəsib. Onlar Ayalanı dayandırmaq üçün əvvəlcə maşını daşa tutublar. Daha sonra isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5600 avro pulunu və mobil telefonunu götürərək qaçıblar.
 
Həmin vaxt yoldan keçən başqa bir sürücü vəziyyəti görüb və dərhal polisə zəng edərək onları keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.
 
Roberto Ayala futbolçu karyerası dönəmində “River Pleyt”, “Napoli”, “Milan”, “Valensiya”, “Saraqosa” və “Rasinq” klublarının formasını geyinib. O, Argentina millisində 2018-ci ildən köməkçi məşqçi vəzifəsində çalışır.






Offside