- Offside
- 18:23 25.11.2024
Avstriyanın “Viktoriya Berqents” klubunda çıxış edən Rəşid Arsanukaev 48 oyunluq diskvalifikasiya olunub.
Corner.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Məlumatda, rusiyalı futbolçu sentyabrın 11-də keçirilən “Viktoriya Berqents” – “Qefis-Zattayns” matçında ikinci “sarı”dan qırmızı vərəqə aldıqdan sonra qəzəblənib və başıyla rəqibinin burnunu sındırdığı vurğulanıb. O, bu hərəkətinə görə 48 oyunluq cəza alıb.
Rusiyalı futbolçu eyni zamanda Avstriya klubundan da qovulub.
“Viktoriya Berqents” Avstriyanın 9-cu liqasında çıxış edir.