22 mart 2026. Bazar günü

Dünya çempionatına dörd güləşçi ilə


  • Offside
  • 22:12 22.09.2021
  • Oxunma sayı: 190
Dünya çempionatına dörd güləşçi ilə
Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı keçiriləcək. Corner.az xəbər verir ki, iki gün davam edəcək məsul yarışda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında dörd güləşçi təmsil edəcək.
 
Sabah keçiriləcək yeniyetmələrin yarışında Musa Ağayev (60 kq) və Hüseyn Əliyev (70 kq) uğur qazanmağa çalışacaq. Sentyabrın 24-də isə Rübail İbrahimli (70 kq) və Fərid Cabbarov (80 kq) gənclər arasında mübarizə aparacaq.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Yunanıstanın Katerini şəhərində keçirilmiş Avropa çempionatında Musa və Fərid qızıl, Hüseyn gümüş, Rübail isə bürünc medal qazanıb.






Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı