1 fevral 2026. Bazar günü

Ukraynalı boksçu dünya çempionu oldu


  • Offside
  • 11:31 26.09.2021
  • Oxunma sayı: 163
Ukraynalı boksçu dünya çempionu oldu

Ukraynalı peşəkar boksçu Aleksandr Usik ağır çəkidə çempion titulu uğrunda döyüşdə britaniyalı Entoni Coşua ilə qarşılaşıb.

Corner.az xəbər verir ki, döyüş Londonda, “Tottenhem” klubunun stadionunda keçirilib. Ukraynalı idmançı 12 raundun nəticəsinə görə qələbə qazanaraq, İBF, WBA, WBO və İBO versiyaları üzrə dünya çempionu olub.

Beləliklə, Usik Coşuanı titullardan məhrum edərək, onların yeni sahibi olub.

Usik 19 döyüşdə 19 qələbə (13-ü nokautla) qazanıb. 31 yaşlı Coşuaya gəlincə, o, 24 qələbə (onlardan 22-i nokautla) qazanıb, 2 dəfə məğlub olub.







Offside