22 mart 2026. Bazar günü

Atam oyandırdı məni, dur, müharibə başladı


  • Offside
  • 14:28 27.09.2021
  • Oxunma sayı: 199
Atam oyandırdı məni, dur, müharibə başladı

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr – Anım günü ilə bağlı paylaşım edib.

Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, “feysbuk” hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:

“29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən – 06:00 radələrdində atam oyandırdı məni, “dur, müharibə başladı”. Tez oyandım və mənə ilk olaraq “tez internetdə nələr yazır, bax”, dedi… O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı… Öz qanı ilə, canı ilə VƏTƏN yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!”







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı