22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq


  • Offside
  • 16:24 27.09.2021
  • Oxunma sayı: 148
Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Bu gün İspaniyanın Sitjes şəhərində qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatı start götürəcək.

Corner.az xəbər verir ki, Azərbaycan yığması bu gün iki görüş keçirəcək. Milli əvvəlcə Hindistan, daha sonra isə Ermənistanla üz-üzə gələcək.

Azərbaycan yığması Rusiya, Hindistan, İspaniya və Fransa ilə eyni qrupda yer alır. Ən yaxşı 4 komanda 1/4 finala yüksələcək.

Azərbaycan millisinin heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova mübarizə aparır.







Offside