22 oktyabr 2024. Çərşənbə axşamı

İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib


  • Offside
  • 13:09 28.09.2021
  • Oxunma sayı: 147
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib.

MPK-dan "Corner.az"a verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimov iclası açıq elan edib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Daha sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb.

Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2017-2021-ci illər üzrə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanan Milli Paralimpiya Komandası yüksək nəticə göstərmişdir. Ötən Paralimpiya Oyunlarından keçən dövrdə görülən işlərin məntiqi nəticəsi olan bu uğurun həyata keçirilməsi bir komanda olaraq hər birimizin uğuru kimi qiymətləndirilə bilər. Bu uğurun davamı olaraq da 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Milli Paralimpiya Komitəsi tərəfindən görülən işlər haqqında geniş məlumat vermişdir.

Ümumi yığıncaqda Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının mükafatçıları Milli Paralimpiya Komitəsinə üzv seçiliblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilmişdir. İlham Zəkiyev və Yaşar Hacıyev Komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifələrinə seçilmişlər. Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin aşağıdakılardan ibarət yeni tərkibi də təsdiq edilmişdir:

1. Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

2. Zəkiyev İlham Əzizağa oğlu – ARMPK-nin vitse-prezidenti, İcraiyyə komitəsinin üzvü

3. Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse-prezidenti Sumqayıt Paralimpiya İdman Komitəsinin direktoru, İcraiyyə komitəsinin üzvü

4. Məmmədov Kamal Cabir oğlu – ARMPK-nin baş katibi, İcraiyyə komitəsinin katibi

5. Sultanova Afaq Vaqif qızı –Cüdo üzrə Paralimpiya çempionu, İB-nin baş katibi, İcraiyyə komitəsinin üzvü

6. Kərimova Vüsalə Akif qızı – “Əlil İdmançılara dəstək”, İB-nin baş katibi, İcraiyyə komitəsinin üzvü

7. Sadıxov Sadıx Asəf oğlu – “Neftçi” İK icraçı direktoru, İcraiyyə komitəsinin üzvü

8. Məmmədov Aydın Ağa oğlu – GİN-nin sektor müdiri, İcraiyyə komitəsinin üzvü

9. Behbudov Vüqar Şəfa oğlu – Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri, İcraiyyə komitəsinin üzvü

10. Kərimov Mehman Bayram oğlu – Milli Olimpiya Komitəsinin şöbə müdiri, İcraiyyə komitəsinin üzvü

11. Zeynalova Afaq Şakir qızı – Qış idman növləri federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, İcraiyyə komitəsinin üzvü







Offside