25 noyabr 2024. Bazar ertəsi

Pele xəstəxanadan evə buraxıldı


  • Offside
  • 12:30 01.10.2021
  • Oxunma sayı: 164
Pele xəstəxanadan evə buraxıldı

Braziliya milli komandasının sabiq futbolçusu Pele müalicə olunduğu San Paulo xəstəxanasından evə buraxılıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 80 yaşlı keçmiş hücumçu kimya-terapiya kursu keçməlidir. Həkimlər Pelenin vəziyyətini sabit qiymətləndirir.

Pele avqustun 30-da San Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb







Offside