22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: Qarabağ'ın rəqibinin futbolçusu ən yaxşı seçildi


  • Offside
  • 01:34 02.10.2021
  • Oxunma sayı: 194
Konfrans Liqası: Qarabağ'ın rəqibinin futbolçusu ən yaxşı seçildi
Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Corner.az xəbər verir ki, bu ada İsveçrənin “Bazel” komandasının müdafiəçisi Mixael Lanq layiq görülüb.
 
30 yaşlı futbolçu evdə Qazaxıstan "Kayrat"ını 4:2 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.
 
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Tottenhem”dən (İngiltərə) Harri Keyn, HJK-dan (Finlandiya) Rop Riski və “Partizan”dan (Serbiya) Lazar Markoviç də namizəd idi.
 
Sonda onu da xatırladaq ki, “Bazel” H qrupunda “Kayrat”la yanaşı, “Qarabağ” və “Omoniya” (Kipr) ilə də mübarizə aparır.






Offside