- Offside
- 18:23 25.11.2024
"Səbail" klubunda çıxış edən qanalı futbolçu Camal Araqo idman vətəndaşlığını dəyişmək istəyir.
Corner.az "Footballmadeinghana" nəşrinə istinadən xəbər verir ki, əslən Liberiyadan olan 28 yaşlı müdafiəçi bu ölkənin milli komandasında çıxış etmək niyyətindədir.
Liberiya Futbol Assosiasiyası hələlik oyunçuya təklif göndərməyib. Araqonun ailəsi ölkədəki vətəndaş müharibəsi zamanı Qanaya köçüb.
Qeyd edək ki, Camal Araqo Qananın aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb. O, mövsümün əvvəlində "Səbail"ə keçib