25 noyabr 2024. Bazar ertəsi

100 min dollarlıq turnirdə Azərbaycan derbisi


  • Offside
  • 16:21 03.10.2021
  • Oxunma sayı: 153
100 min dollarlıq turnirdə Azərbaycan derbisi

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.

Corner.az xəbər verir ki,  8-ci turda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək. Ötən turun nəticələrinə görə, Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir.

Turnir cədvəlinə 28,5 xalla Maqnus Karlsen liderlik edir.

Hər görüşdə rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min dollarıdır.







Offside