22 oktyabr 2024. Çərşənbə axşamı

Tanınmış ispaniyalı basketbolçu karyerasını bitirdi


  • Offside
  • 14:26 06.10.2021
  • Oxunma sayı: 132
Tanınmış ispaniyalı basketbolçu karyerasını bitirdi

İspaniyalı məşhur basketbolçu Pau Qazol karyerasını bitirib.

Corner.az xəbər verir ki, bu barədə 41 yaşlı idmançı özü açıqlama verib. O, basketbolçu kimi peşəkar karyerasını başa vurduğunu bildirib.

Qazol 1999-2001 və 2021-ci illərdə İspaniyada “Barselona” klubunda çıxış edib. O, Amerika Milli Basketbol Assosiasiyasında (NBA) “Memfis Qrizzlis”, “Çikaqo Bullz”, “San-Antonio Spörs”, “Miluoki Baks”da forma geyinib. Qazol NBA-da 1362 oyun keçirib. Qazol İspaniya yığması ilə 1 dəfə dünya, 3 dəfə Avropa və 2 dəfə olimpiya çempionu olub.







Offside