22 oktyabr 2024. Çərşənbə axşamı

Yunan futbolçu avtomobilində ölü tapıldı: İntihar, yoxsa qətl?


  • Offside
  • 14:34 06.10.2021
  • Oxunma sayı: 140
Yunan futbolçu avtomobilində ölü tapıldı: İntihar, yoxsa qətl?

Yunanıstanlı futbolçu Nikos Çumanis vəfat edib.

Corner.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumatda, Çumanisin meyidinin öz avtomobilində tapıldığı vurğulanıb. 31 yaşlı futbolçunun ölüm səbəbi boğulma göstərilib.

Mərhum  müdafiəçi son zamanlarda maliyyə problemləri yaşayıb və ətrafına intihar etmək istədiyini bildirib.

Hadisənin qətl, yoxsa intihar olduğu araşdırılır.

Çumanis karyerası ərzində 126 oyuna çıxıb. O, son olaraq ölkəsində “Makedonikos”da çıxış edirdi.







Offside