22 oktyabr 2024. Çərşənbə axşamı

DÇ: Yunan-Roma güləşçilərinin ilk rəqibləri bilindi


  • Offside
  • 20:09 06.10.2021
  • Oxunma sayı: 156
DÇ: Yunan-Roma güləşçilərinin ilk rəqibləri bilindi

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Corner.az xəbər verir ki, mundialın son 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Bu gün püşkatma mərasimi keçirilib və Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.

55 kq
1/8 final: Eldəniz Əzizli – Koriun Sahradian (Ukrayna)

60 kq
Təsnifat: Murad Məmmədov – Kriştian Keçkemeti (Macarıstan)

63 kq
1/8 final: Taleh Məmmədov – Mehmet Çeker (Türkiyə)

67 kq
1/16 final: Həsrət Cəfərov – Peyton Omaniya (ABŞ)

72 kq
1/16 final: Ülvü Qənizadə – İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov – Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov – Ranet Kaljola (Estoniya)

87 kq
1/8 final: İslam Abbasov – Laşa Qobadze (Gürcüstan)

97 kq
1/16 final: Murad Lokyayev – Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki – Stepan David (Çexiya)

Qeyd edək ki, sabah 55, 72, 77 və 82 kq-da çıxış edən güləşçilər xalçaya çıxacaq. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.







Offside