22 oktyabr 2024. Çərşənbə axşamı

CAS Keşlə'nin legionerinin xeyrinə qərar çıxarıb


  • Offside
  • 13:11 07.10.2021
  • Oxunma sayı: 136
CAS Keşlə'nin legionerinin xeyrinə qərar çıxarıb

İdman Arbitraj Məhkəməsi (CAS) Çinin "Nantonq Jiun" klubu ilə hazırda "Keşlə"də çıxış edən futbolçu Anatol Abanq arasındakı mübahisəli məsələyə baxıb.

Corner.az xəbər verir ki, bu barədə kamerunlu hücumçunun özü məlumat verib. 25 yaşlı forvard CAS-ın onun xeyrinə hökm çıxardığını bildirib.

Abanq hələlik detalları tam açıqlaya bilməyəcəyini söyləyib: "Vəkilim mənə lazımi məlumatları verəcək. Dekabrda Çin klubundan pulumu ala biləcəyimi düşünürəm".

Qeyd edək ki, Anatol Abanq "Keşlə"də 2020-ci ilin dekabrından çıxış edir. O, "Nantonq Jiun" klubunun formasını 2019-cu ildə geyinib. Forvard ona 3 aylıq borcun qaldığını və Çin klubunun müqavilə şərtlərini yerinə yetirmədiyini açıqlayıb.(report)







Offside