22 oktyabr 2024. Çərşənbə axşamı

Ukraynalı deputat Dinamo - Şaxtyor matçından sonra döyülüb


  • Offside
  • 17:18 07.10.2021
  • Oxunma sayı: 108
Ukraynalı deputat Dinamo - Şaxtyor matçından sonra döyülüb

Kiyev "Dinamo"su ilə Donetsk "Şaxtyor"u arasındakı Ukrayna Premyer Liqasının X tur oyunundan sonra insident baş verib.

Corner.az "Strana.ua" saytına istinadən xəbər verir ki, "Olimpiya" stadionundakı görüş başa çatdıqdan sonra iki azarkeş Kiyev Şəhər Şurasının deputatı Mixail Nakoneçnını döyüblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, millət vəkilinə xəsarət yetirən şəxslər hadisə yerindən dərhal uzaqlaşıblar. Nakoneçnı isə tibbi müayinə üçün xəstəxanaya aparılıb. Cinayətin üstü hələ də açılmayıb.

Qeyd edək ki, "Dinamo" - "Şaxtyor" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.







Offside