22 oktyabr 2024. Çərşənbə axşamı

Milli komandanın düşərgəsində qalmaqal: Futbolçu jurnalisti döyüb


  • Offside
  • 10:18 08.10.2021
  • Oxunma sayı: 130
Milli komandanın düşərgəsində qalmaqal: Futbolçu jurnalisti döyüb

İngiltərənin "Lester" klubunun futbolçusu Keleçi İheanaço Nigeriya millisinin düşərgəsində qalmaqal yaradıb.

Corner.az "Score Nigeria" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ondan müsahibə almaq istəyən müxbirə hücum edib.

Hadisə şahidlərinin sözlərinə görə, o, jurnalisti təpikləyərək kənara itələyib. Nigeriya Futbol Federasiyası və İdman Jurnalistləri Assosiasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, İheanaço bu mövsüm "Lester" in heyətində bütün turnirlərdə 10 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Offside