22 oktyabr 2024. Çərşənbə axşamı

Mixael Şumaxerin son durumu açıqlandı


  • Offside
  • 12:32 08.10.2021
  • Oxunma sayı: 215
Mixael Şumaxerin son durumu açıqlandı

Formula 1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son durumu məlum olub.

Corner.az xəbər verir ki, “Ferrari” şirkətinin idarə heyətinin vitse-prezidenti Piero Ferrari Şumaxerin hələ ölmədiyini deyib:

“O, hələ bizimlədir, ölməyib. Lakin hələ bizimlə əlaqə qura bilmir”.

Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.







Offside