22 oktyabr 2024. Çərşənbə axşamı

Tanınmış futbol hakimi sərt cəzalandırıldı


  • Offside
  • 14:11 08.10.2021
  • Oxunma sayı: 151
Tanınmış futbol hakimi sərt cəzalandırıldı

Xorvatiya Futbol İttifaqının İntizam Komissiyası baş hakim İvan Bebeki 4 ay müddətinə diskvalifikasiya edib.

Corner.az-ın məlumatına görə, buna səbəb ölkə çempionatında "Hayduk Split" və "Lokomotiva" (Zaqreb) komandaları arasındakı X tur oyunundan sonra baş vermiş insident olub.

İctimaiyyətə təqdim edilmiş səs yazısında Bebekin Splitdən olan jurnalisti və "Hayduk" azarkeşini təhqir etdiyi sübut olunub. Bu, təcrübəli referinin "Lokomotiv"in qapısına penalti təyin etməməsindən sonra baş verib.

Qeyd edək ki, İvan Bebek 2003-cü ildən FIFA referisidir. O, Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına təyinat alan yeganə xorvatiyalı hakimdir. Bebek son olaraq, sentyabrın 30-da Polşa "Legiya"sının evdə İngiltərə "Lester"inə 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının qrup mərhələsinin II tur görüşünü idarə edib. Həmin qarşılaşmada yeganə qolu Varşava təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli vurub.







Offside