- Offside
- 21:30 25.11.2024
"Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda "Lex"in uğurları üçün çalışan gürcüstanlı yarımmüdafiəçi şəxsi avtomobili ilə 2 maşını vurub.
Hadisə yerinə gələn polislər onun içkili olduğunu müəyyənləşdiriblər. 29 yaşlı oyunçunun sürücülük vəsiqəsi əlindən alınaraq ona cinayət işi açılıb.
Qeyd edək ki, Nika kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib.