25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekord


  • Offside
  • 00:44 10.10.2021
  • Oxunma sayı: 174
Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekord
Azərbaycanın yunan-Roma güləşçiləri Norveçin paytaxtı Osloda təşkil olunan dünya çempionatında yeni rekord müəyyənləşdiriblər. Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, indiyədək klassik güləşdə dünya çempionatlarında ən yaxşı halda 3 medal qazanmışdıq. Osloda isə rekord sayda - 4 medal əldə olunub. Bu medalların sayı DÇ-nin son günündə arta da bilər.
 
Bundan başqa, 6 illik fasilədən sonra yunan-Roma millimiz komanda hesabında DÇ-də ilk “3-lük”də yer almağa çox yaxındır. Hazırda yığmamız 87 xalla Rusiya və İrandan sonra 3-cü pillədə qərarlaşıb.
 
Dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq. Sonuncu yarış günündə Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) bürünc medal qazana bilər






Offside