- Offside
- 21:30 25.11.2024
Fransanın "Nitsa" klubunun futbolçusu Mario Leminanın evini naməlum şəxslər qarət edib.
Corner.az-ın "LEquipe"ə istinadən məlumatına görə, hadisə oktyabrın 10-da axşam saatlarında baş verib.
28 yaşlı yarımmüdafiəçi Qabon millisinin düşərgəsində olarkən 3 maskalı şəxs evə daxil olaraq, 3 qadını bağlayıb və təxminən 300 000 avro dəyərində qiymətlər əşyalar götürüblər.
Şəxslərdən biri soyğunçulardan əlindən xilas olaraq polisə müraciət etsə də, onlar hadisə yerinə cinayətkarlar gedəndən sonra çatıb.
Qeyd edək ki, Mario Lemina 2019/2020 mövsümündə Türkiyənin "Qalatasaray" klubunda çıxış edib.