23 oktyabr 2024. Çərşənbə

Azərbaycan millisinin baş məşqçisi AÇ-2022-nin püşkatmasında


  • Offside
  • 17:24 12.10.2021
  • Oxunma sayı: 173
Azərbaycan millisinin baş məşqçisi AÇ-2022-nin püşkatmasında

Oktyabrın 18-də futzal üzrə AÇ-2022-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Corner.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Niderlandın Zeist şəhərindəki futbol federasiyasının düşərgəsində təşkil olunacaq tədbirdə Azərbaycanı milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək. Püşkatma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək.

Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq.

İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək.







Offside