23 oktyabr 2024. Çərşənbə

Ukrayna Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı


  • Offside
  • 09:57 14.10.2021
  • Oxunma sayı: 137
Ukrayna Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı

Ukraynanın "Rux" komandasının futbolçuları təcrid olunublar.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb oyunçular arasında koronavirusa yoluxma hallarının aşkarlanması olub.

Rəhbərliyin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.

Qeyd edək ki, "Rux"un "İnqulets"ə qarşı keçirməli olduğu Premyer Liqanın XI tur matçı da təxirə salınıb.







Offside