23 oktyabr 2024. Çərşənbə

Mahir Emrelinin komanda yoldaşı qarət olunub


  • Offside
  • 10:12 15.10.2021
  • Oxunma sayı: 129
Mahir Emrelinin komanda yoldaşı qarət olunub

Polşanın “Legiya” komandasının futbolçusu Tomaş Pekhartın evi qarət olunub.

Corner.az xəbər verir ki, bu barədə çexiyalı hücumçu “İnteria Sport”a müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar. Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu, polisə müraciət etdiklərini, istintaqın nəticəsini gözlədiklərini bildirib.

Pekhart 2020-ci ilin fevralından “Legiya”da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.







Offside