- Offside
- 19:28 10.10.2026
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində yarımfinal görüşünə çıxıb.
Corner.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan Kokauri yarımfinalda İnal Tasoyevlə (Rusiya) qarşılaşıb və cərimə xalları ilə uduzub.
Kokauri bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Yur Speykers (Niderland) olacaq.