- Offside
- 21:30 25.11.2024
ABŞ-da yaşayan həmyerlimiz Nazim Sadıqov qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnirdə qalib gəlib.
Corner.az xəbər verir ki, 27 yaşlı peşəkar döyüşçü ABŞ-ın Texsas ştatının Hyuston şəhərində UFC-yə giriş ("UFC Fight Pass") çərçivəsində keçirilən döyüşdə qalib gələrək finala vəsiqə qazanıb.
O, yarışın üçüncü raundunun son dəqiqələrində boğucu fəndlə amerikalı idmançı Con Herreranı məğlub edib. N.Sadıqov qalibiyyətini döyüş qəfəsində üç rəngli bayrağımızla dalğalandıraraq qeyd edib.
N.Sadıqov müsahibəsində UFC-yə girişi hədəflədiyini və yaxın günlərdə müəyyənləşəcək son döyüşün onun ən böyük xəyalını reallaşdıracağını deyib: "Uşaq yaşlarımdan idmanın müxtəlif növləri ilə məşğul olmuşam. Artıq bir neçə ildir, özümü qarışıq idman növlərində sınayıram. Qələbələrim çoxdur, bütün uğurlarımı Azərbaycana həsr edirəm.
ABŞ-da doğulub boya başa çatsam da, doğma Vətənim Azərbaycandır. Bundan sonra da, qatıldığım bütün yarışlarda Azərbaycan bayrağını zirvələrə qardırmağı hədəfləyirəm".(report)