23 oktyabr 2024. Çərşənbə

AÇ: Azərbaycanın 2 boksçusu bürünc medal qazandı


  • Offside
  • 12:49 22.10.2021
  • Oxunma sayı: 112
AÇ: Azərbaycanın 2 boksçusu bürünc medal qazandı

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Federasiyadan verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.

51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.

Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.







Offside