23 oktyabr 2024. Çərşənbə

Araz Naxçıvan'ın ÇL-sı üçün iştirak ərizəsi


  • Offside
  • 16:45 23.10.2021
  • Oxunma sayı: 130
Araz Naxçıvan'ın ÇL-sı üçün iştirak ərizəsi

Futzal üzrə Çempionlar Liqasının final mərhələsində mübarizə aparacaq “Araz Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Corner.az xəbər verir ki, “Araz Naxçıvan” həlledici mərhələdə 19 oyunçunun xidmətindən istifadə edəcək. Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 11-i isə hücumçudur:

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov;

Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borges, Hadi Ahmadi, Oruc Baxşəlizadə;

Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Nurlan Mehdizadə, Eşhaq Şoorqali, Felipinyo.

B yolunda yer alan “Araz Naxçıvan” “Uraqan İvano-Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun oyunları Ukraynada olacaq.

Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.







Offside