23 oktyabr 2024. Çərşənbə

Azərbaycan klubunun oyunu ÇL-na görə təxirə salındı


  • Offside
  • 16:48 23.10.2021
  • Oxunma sayı: 169
Azərbaycan klubunun oyunu ÇL-na görə təxirə salındı

Futzal üzrə Yüksək Liqanın 5-ci turu çərçivəsində keçirilməli olan EKOL – “Araz Naxçıvan” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının saytı məlumat yayıb. Oyunun təxirə salınmasına səbəb “Araz Naxçıvan”ın turun keçiriləcəyi tarixdə UEFA Çempionlar Liqasının əsas mərhələsinin görüşünə çıxmasıdır.

“Araz Naxçıvan” oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək. Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda Ukraynada “Uraqan İvano-Frankivsk” klubu ilə qarşılaşacaq.







Offside