23 oktyabr 2024. Çərşənbə

Veteran cüdoçulardan dünya çempionatında 8 medal


  • Offside
  • 22:49 24.10.2021
  • Oxunma sayı: 121
Veteran cüdoçulardan dünya çempionatında 8 medal

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Corner.az xəbər verir ki, mötəbər yarışın sonuncu günündə cüdoçularımız daha 3 medal qazanıblar.

Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.

43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan 15 cüdoçu ilə təmsil olunub.







Offside