23 oktyabr 2024. Çərşənbə

Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub


  • Offside
  • 15:18 26.10.2021
  • Oxunma sayı: 140
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-dan "Corner.az"a verilən məlumata görə, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.

Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.

Məşqçilər şurasının sədri Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.

Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.







Offside