- Offside
- 22:42 25.11.2024
Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.
Corner.az-ın məlumatına görə, buna səbəb rusiyalı mütəxəssisin "Kayrat"a 0:1 hesabı ilə uduzduqları çempionat oyununda rəqib komandaya hörmətsizlik etməsi olub.
51 yaşlı baş məşqçi ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb.
Federasiya bu hərəkətinə görə Tixonovu öz bayrağı altında keçirdiyi yarışlardan 2 il müddətinə diskvalifikasiya edib. Cəza müddəti oktyabrın 25-dən hesablanır.
Qeyd edək ki, "Kayrat" "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.