22 mart 2026. Bazar günü

Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəldi


  • Offside
  • 16:53 28.10.2021
  • Oxunma sayı: 147
Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəldi

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Corner.az-ın məlumatına görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.

92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Yonas Yazeviçiuslə (Litva) qarşılaşıb.

Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələn Abdullayev 1/8 finala yüksəlib. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı