- Offside
- 22:42 25.11.2024
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçisi “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb.
Corner.az xəbər verir ki, ölkə çempionu ilk oyunda Ukraynanın “Uraqan” komandasıyla üz-üzə gəlib. Görüş Naxçıvan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
Zədəli olduğuna görə İsaq Surğalı və Rizvan Fərzəliyev “Araz-Naxçıvan”a kömək edə bilməyib. Komandanın itkiləri bununla yekunlaşmayıb. Hazırda komandanın düşərgəsində olan Xətai Bağırov da bu oyunda meydana çıxa bilməyib. O, ilkin mərhələnin “Raba” ilə keçirilən son görüşündə qırmızı vərəqə aldığına görə cəzalı idi.
Futzal, Çempionlar Liqası, əsas mərhələ
28 oktyabr
Uraqan (Ukrayna) – Araz-Naxçıvan 2:1
Qol: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.
Hakimlər: Yosip Barton (Şimali Makedoniya), Deyan Veseliç (Sloveniya), Kriştiano Joze Kardozo Santos (Portuqaliya)
Time keeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)