25 noyabr 2024. Bazar ertəsi

Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq


  • Offside
  • 23:07 28.10.2021
  • Oxunma sayı: 141
Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün “Uraqan”la keçirilmiş oyundan sonra “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva açıqlama verib.

Corner.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə çox pis oynadıq. Hər iki qolda ciddi səhvə yol verdik. Xüsusilə də birinci qol zamanı hansısa real vəziyyət yox idi. İkinci hissədə daha yaxşı çıxış etdiyimizi düşünürəm. Ancaq heyətimizin kasad olması özünü göstərdi. Əvəzetmələr zamanı fərqli variantları həyata keçirmək imkanım məhdud idi. Ramiz hələ tam formada deyil, buna rəğmən kömək etməyə çalışdı. Paltardəyişmə otağında uşaqlara dediklərimi fasilədən sonra tətbiq edə bildilər. Biz ikinci hissədə “Uraqan”dan daha yaxşı oynadıq.

Rəqibimiz də yaxşı təşkilatlanmış komandadır. Heyət üzvləri gənc olsalar da, uzun müddətdir ki, bir yerdə çıxış edirlər. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər.

Əlbəttə, ilk oyunda uduzmaq yaxşı olmadı. Ancaq hələ mübarizə başa çatmayıb. Qarşıda iki oyunumuz var. “Uraqan” da bizim qədər oyun keçirəcək. Bu qarşılaşmalarda müəyyən sürprizlər qeydə alına bilər. Sabahkı oyunu düşünməli, sona qədər ümidimizi kəsməməli, mübarizəmizi davam etdirməliyik. Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq. Yenə deyirəm, kimsə yekun nəticəni indidən deyə bilməz”.







Offside