- Offside
- 22:42 25.11.2024
"Mahir Emreli də Çeslav Mixneviç kimidir. Avrokuboklarda əla, liqada isə bərbaddır".
Corner.az xəbər verir, bu fikiləri Polşanın "Legiya" klubunun sabiq futbolçusu Voytsex Kovalçik "Super Expressie" nəşrinə müsahibəsində deyib.
49 yaşlı keçmiş hücumçu komandanın nəticələrinə görə, yalnız Mixneviçin qovulduğunu bildirib. Onun fikrincə, baş məşqçini vəzifəsindən uzaqlaşdırmaq futbolçuları qovmaqdan asandır.
Kovalçik Varşa təmsilçisinin onu məhkəməyə vermək istəyinin tamamilə mənasız olduğunu söyləyib.
Qeyd edək ki, "Legiya" komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.