23 oktyabr 2024. Çərşənbə

U-19'dan ilk qələbə, Neftçi uduzdu


  • Offside
  • 21:14 29.10.2021
  • Oxunma sayı: 165
U-19'dan ilk qələbə, Neftçi uduzdu

Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun oyunları Bakı İdman Sarayında baş tutub.

Tura “Xilə” – “Alyans” oyunu ilə start verilib. Üç qolun qeydə alındığı bu görüş xiləlilərin qələbəsiylə başa çatıb.

Günün digər oyunlarında “Neftçi” İK “Baku Fire” ilə, U-19 millimiz isə “Record”la qarşılaşıb. “Neftçi” “Baku Fire” ilə oyundan məğlubiyyətlə ayrılıb. Əvvəlki oyunlarında məğlub olan U-19 yığmamız da bu dəfə ilk qələbəsini rəsmiləşdirib.

5-ci turun EKOL – “Araz” (Naxçıvan) oyunu noyabrın 9-da keçiriləcək.

Yüksək Liqa
5-ci tur

29 oktyabr

Xilə – Alyans (Lənkəran) 2:1
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Murad məmmədov.
Bakı İdman Sarayı. Saat 13:30.

Neftci İK – Baku Fire 3:5
Hakimlər: Ziya Nəsirov, Etibar Həsənov, Mahir Məmmədov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 15:30.

U-19 – Record 9:8
Hakimlər: Hikmət Qafarlı, Nail Nağıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 17:30.

Xal durumu: EKOL – 12, Araz – 12, Baku Fire – 9, Record – 6, Neftçi İK – 6, Xilə – 6, Alyans – 3, U-19 – 3.







Offside