- Offside
- 22:42 25.11.2024
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev serbiyalı Vladan Babiçlə üz-üzə gəlib.
Rəqibini məğlub edən Abdullayev 1/4 finalda hindistanlı Narender Bervala rəqib olub.
***
Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı rumıniyalı Pol-Andrey Aradoae ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.