Azərbaycanın futzal üzrə yüksək liqasının beşinci turu çərçivəsində “Xilə FK” və “Alyans Lənkəran” komandalarının görüşündən əvvəl təqdirə laiq bir epizod yaşanıb.
Corner.az xəbər verir ki, beləki “Xilə FK” oyuna Əmircan qəsəbəsinin (keçmiş Xilə kəndi) müharibə iştirakçıları, 44 günlük ikinci Qarabağ müharibəsinin qəhrəmanları Elxan Quliyev və Elmar Lətifovu dəvət ediblər.Oyundan öncə qəhrəmanlarımıza klub tərəfdən təşəkkürnamə, Azərbaycanın futzal federasiyası tərəfdən isə milli komandanın oyun formaları təqdim olunub.
Qeyd olunur ki, şanlı Ordumuzun, 6-cı ordu korpusunun 285 nömrəli motoatıcı hərbi hissənin əsgərləri Quliyev Elxan Ağayüsif oğlu və Lətifov Elmar Orduxan oğlu II Qarabağ döyüşlərində, Fizüli, Cəbrayıl və Qubadlı azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən medal və ordenlə layiq görülmüşdür.