- Offside
- 22:42 25.11.2024
“Mançester Yunayted”in futbolçusu Pol Poqba karyerasını İtaliyada davam etdirmək niyyətindədir.
Corner.az xəbər verir ki, bu barədə italyalı jurnalist Rudi Qalleti “tvitter” hesabında paylaşım edib.
Qalleti, Poqbanın “Mançester Yunayted”lə yeni müqavilə imzalamaq istəmədiyini və azad agent kimi klubu tərk etmək niyyətində olduğunu bildirib.
“Yuventus” Poqbaya illik 12 milyon avro və bonuslar ödəməyə hazırdır. 28 yaşlı yarımmüdafiəçinin özü də Turinə qayıtmağa müsbət yanaşır.
Poqba ilə “Real” və PSJ klubuları da maraqlanır.
Poqbanın müqaviləsi 2022-ci ilin iyuluna qədərdir.
Fransa yığmasının da üzvü olan futbolçu 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.