25 noyabr 2024. Bazar ertəsi

Futbolçu infarkt keçirdi, matç yarımçıq qaldı


  • Offside
  • 13:51 02.11.2021
  • Oxunma sayı: 179
Futbolçu infarkt keçirdi, matç yarımçıq qaldı

Norveç 2-ci liqasında 27-ci turun “Soqndal” – “Styordals Blink” matçında xoşagəlməz hadisə yaşanıb.

Corner.az xəbər verir ki, “Soqndal” komandasının futbolçusu Emil Palssonun 12-ci dəqiqədə gözlənilmədən yerə yıxılıb.

İslandiyalı yarımmüdafiəçi infarkt keçirib. Həkimlərin ilkin müdaxiləsindən sonra 28 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.

“Soqndal” – “Styordals Blink” matçı yarımçıq dayandırılıb.

Emil Palsson bir dəfə İslandiya yığmasının formasını geyinib.







Offside