- Offside
- 17:33 01.02.2026
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı ABŞ təmsilçisi Teylor La Montla qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Quluzadə dünya üçüncüsü olub və Azərbaycana bu yarışda ilk medalı qazandırıb.